Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanda ötən il payızda keçirilən parlament seçkilərindən sonra ölkə Qərbin təzyiqləri üzləşib.
Seçkilərdən sonra, Gürcüstan hökuməti Rusiya ilə siyasi böhran deyil, dialoqla əlaqələri inkişaf etdirmək xətti götürdü.
Gürcüstan Qərblə əlaqələri zəiflədərək, məhz Moskvaya revaranslar etdi.
Adını müstəqil siyasət qoyaraq, 20 illik oturuşmuş demokratik sistemi deqradasiyaya uğradır.
Rusiya kapitalı ilə oliqarx olan B.İvanaşvilinin nəzarətində olan hökumət Moskva ilə danışıqlar yolu müstəvisində ərazi bütövlüyünü təmin edəcəyini hesablayırdı.
Amma, Kremlin Gürcüstan hökuməti barədə hesabları tam əksinə oldu. Eyni zamanda, Avropa İttifaqı Gürcüstan hökumətini tanımır. D.
Trampın Ağ Evə gəlməsi isə, Tiflis üçün "ağ atlı oğlan" obrazı kimi qəbul edilirdi. D. Trampdan Tiflisin gözləntilərini doğrultmadı.