Azərbaycan adambaşına ÜDM ə görə dünyada 90 cı yerdədir

26.10.2026

Icma.az, Azpost saytına istinadən bildirir.

Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatına əsasən, 2026-cı ildə Azərbaycanda alıcılıq qabiliyyəti pariteti (AQP) üzrə adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) 26 min 786 dollar olub.

Bu göstərici ilə Azərbaycan dünya ölkələri arasında 90-cı yerdə qərarlaşır.

Müqayisə üçün, 2026-cı ildə Ermənistan üzrə adambaşına düşən ÜDM-in alıcılıq qabiliyyəti pariteti ilə 26,92 min dollar, Gürcüstanda isə 32,66 min dollar olub.

BVF Azərbaycan iqtisadiyyatının 2026-cı ildə real artım proqnozunu əvvəlki 2,2 faizdən 1,7 faizə endirib. Proqnozun aşağı salınmasında neft sektorunda hasilat məhdudiyyətləri və fiskal siyasət kimi amillər nəzərə alınıb.

Fondun qiymətləndirməsinə görə, Azərbaycanın nominal ÜDM-i 2026-cı ildə 89,18 milyard dollar təşkil edəcək. Alıcılıq qabiliyyəti pariteti ilə hesablanan ÜDM-in isə 281,14 milyard dollara çatacağı gözlənilir.

İstehlak qiymətləri üzrə orta illik inflyasiyanın 5,8–6 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Bu isə qiymət artımının davam edəcəyinə, ailələrin gündəlik xərclərinin də iqtisadi vəziyyətin qiymətləndirilməsində mühüm rol oynayacağına işarə edir.

AzPost.az

Post navigation

Previous: AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью