Azərbaycan ADB ilə AZCON Holding ə daxil olan şirkətlərin özəlləşdirilməsini müzakirə edib

01.10.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə "AZCON Holding"ə daxil olan şirkətlərin özəlləşdirilməsi istiqamətində görüləcək işlər və strateji layihələrə özəl sektorun cəlb olunması məsələlərini müzakirə edib. Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Rəşad Nəbiyevin ADB-nin bazar həlləri üzrə vitse-prezidenti Barqav Dasqupta ilə görüşü zamanı baş tutub. Tərəflər həmçinin "Hökumət buludu", hava, metro, dəmir yolu və avtomobil nəqliyyatı sahələri üzrə tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью