Azərbaycan ağırlıqqaldıranı dünya ikincisi oldu | Icma.az
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. Azərbaycan idmançısı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıq
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.
Atletimiz birdən qaldırma hərəkətində 183 kq-ı ram edib və bu hərəkətdə 4-cü olub.
D.Dadaşbəyli təkanla qaldırma hərəkətində isə daha yaxşı çıxış edərək tarixi uğur qazanıb.
O, 221 kq çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb.
D.Dadaşbəyli toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.
O, ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticəyə nail olan ilk azərbaycanlı ağırlıqqaldıran olmuşdu.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu