Azərbaycan AI əməkdaşlığının bir sıra sahələrdə genişləndirilməsi təklif edilir

12.05.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan-Avropa İttifaqı (AI) əməkdaşlığının bir sıra sahələrdə genişləndirilməsi müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu barədə müzakirələr Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Koopman ilə görüşdə aparılıb.

“Gert Yan Koopman ilə görüşmək xoş oldu. Azərbaycan-AI əməkdaşlığının "yaşıl enerji", rəqəmsal iqtisadiyyat və dayanıqlı həllər istiqamətində genişləndirilməsinin əhəmiyyəti vurğulanıb”, - M. Cabbarov bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью