Azərbaycan Aİ ilə potensial investisiya layihələrini müzakirə edib

29.10.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında potensial investisiya layihələri müzakirə olunub.

"APA-Economics" xəbər verir ki, İqtisadiyyat Nazirliyində Aİ nümayəndələri ilə görüş keçirilib.

Belə ki, nazirin müşaviri Əsgər Ələkbərov Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kuyundziç ilə görüşüb.

Görüş zamanı Avropa İttifaqı ilə mövcud əməkdaşlıq, eləcə də dayanıqlı iqtisadi inkişafı, regional əlaqəliliyi və investisiya tərəfdaşlığını təşviq etməyə yönəlmiş potensial layihələr müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью