Azərbaycan AİİB in 11 ci İllik Toplantısında

29.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Dohada Qətər Dövlətinin ev sahibliyi ilə keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 11-ci İllik Toplantısının açılış mərasimində iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun "X" hesabındakı paylaşımda deyilir ki, Dohada Qətər Dövlətinin ev sahibliyi ilə keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 11-ci İllik Toplantısının açılış mərasimində iştirak etdik: “AİİB ilə uzunmüddətli tərəfdaşlığımız Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Əməkdaşlığımızın əsas istiqamətlərinə iqtisadiyyatın şaxələndirilməsi, yaşıl və dayanıqlı infrastrukturun inkişafı, nəqliyyat, enerji və rəqəmsal infrastruktura investisiyaların təşviqi daxildir.

Əminik ki, İllik Toplantı çərçivəsində keçirilən müzakirələr və fikir mübadilələri dayanıqlı inkişafın təşviqinə, investisiya əməkdaşlığının genişləndirilməsinə və regional bağlantıların daha da gücləndirilməsinə öz töhfəsini verəcək".

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью