Azərbaycan ailəsi hər zaman nümunəvi sayılır

14.05.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Müstəqli Azərbaycan dövlətində  həyata keçirilən ailə siyasəti milli adətlərdən qaynaqlarnır. Cəmiyyətin və dövlətin formalaşmasına ailə mühüm vasitədir”

Redaktor.az xəbər verir ki, bu fikirləri Sosial Tətqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Nəsillərarası həmrəylik ailə münasibətləri və dayanıqlı inkişaf konteksində” mövzusunda keçirilən konfransda çıxışı zamanı Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi,  Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva deyib:

"Hər kəsin vətəndaş kimi formalaşması ailədən başlayır. Ölkəmizdə milli mənəvi dəyərlərin qorunması, gənclərə aşılanması, nəsilləarası münasibətlərin formalaşmasına xüsusi önəm verilir. Azərbaycan ailəsi hər zaman nümunəvi sayılır. Ümummilli lider Heydər Əliyev bu məsələlərə diqqət yetirib və problem həlli istiqamətində ardıcıl fəaliyyət göstərib".  

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью