Azərbaycan AirBadminton üzrə Avropa çempionatına ev sahibliyi edəcək

22.08.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycan AirBadminton (açıq havada badminton) üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Badminton Federasiyasından məlumat verilib.

Turnir sentyabrın 5-dən 7-dək Avropa Oyunları Parkında keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью