Azərbaycan aliminin monoqrafiyası polyak dilində nəşr olunub AZƏRTAC

20.11.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru Gülər Abdullabəylinin “XIX əsr polyak ədəbiyyatında Azərbaycan mövzu və təəssüratları” monoqrafiyası Polşada işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, polyak dilində çap olunan kitab müəllifin anası Xanımana Əlibəylinin xatirəsinə ithaf edilib.

Monoqrafiyanın elmi redaktoru mərhum akademik Bəkir Nəbiyevdir. Nəşrin üz qabığında müəllif haqqında ətraflı məlumat da verilib.

Tədqiqat XIX əsr Azərbaycan klassik ədəbiyyatının nümayəndələri haqqındadır. Eyni zamanda, polyaklar tərəfindən Azərbaycana həsr olunmuş əsərlər də kitaba daxil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью