Azərbaycan Almaniyaya 46 mln. dollarlıq qeyrineft məhsulları ixrac edib

28.12.2024

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Almaniyaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 16 milyon 518 min dollar və ya 55,3% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında Almaniyaya qeyri-neft ixracının dəyəri 46 milyon 379 min dollar təşkil edib. 

Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 29 milyon 861 min dollar olub. 

Qeyd edək ki, 11 ayda Azərbaycanın qeyri-neft ixracından gəlirləri 3 milyard 90 milyon 619 min dollara bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью