Azərbaycan Almatıda beynəlxalq konfransda təmsil olunub

29.08.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Astana, 29 avqust, AZƏRTAC

Almatıda “İqlim dəyişikliyi kontekstində torpaq ehtiyatlarının davamlı idarə olunması” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, tədbirdə Qazaxıstandan və xarici ölkələrdən 140-dan çox alim, mütəxəssis və praktik iştirak edib. İştirakçılar arasında Azərbaycan, Almaniya, ABŞ, Çin, Çexiya, Rusiya, Qırğızıstan və Belarusdan aparıcı ekspertlər olublar.

Konfransda iqlim dəyişikliyi kontekstində torpaq ehtiyatlarından səmərəli istifadə, torpaq ekologiyası və biologiyası, həmçinin torpaqşünaslıqda rəqəmsallaşmaya dair 45 plenar və bölmə məruzəsi dinlənilib. İştirakçılar şoran torpaqların meliorasiyası və idarə olunması üçün innovativ həllər təqdim ediblər.

Yekun qətnamədə torpaqşünaslıq sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, açıq elmi kommunikasiyanın inkişafı, habelə dövlətlə elm və biznes arasında fəaliyyətin koordinasiyası məsələlərinə dəstək ifadə olunub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью