Azərbaycan Almatıda keçirilən beynəlxalq forumda təmsil olunub

23.08.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Astana, 22 avqust, AZƏRTAC

Almatıda Qazaxıstanın hər yerindən aparıcı HR mütəxəssisləri və biznes liderlərini bir araya gətirən Beynəlxalq “Human Capital” Forumu keçirilib.

AZƏRTAC Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri Agentliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan tərəfinin dəvəti ilə tədbirdə Azərbaycan, Gürcüstan, Qırğızıstan və Özbəkistanın dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Forumda qlobal rəqəmsallaşma və innovasiya tətbiqi şəraitində dövlət qulluğunda kadrların idarə olunması aspektləri müzakirə olunub.

“Human Capital” forumu Qazaxıstanın HR Menecerləri Assosiasiyası tərəfindən təşkil edilən platformadır. O, ümumi məqsədə xidmət edir və yüksək effektivliyə nail olmaq üçün kadrların idarə edilməsi transformasiyası ilə birləşən müxtəlif sənaye sahələrindən olan mütəxəssisləri bir araya gətirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью