Azərbaycan Ankarada keçirilən 21ci Kitab Sərgisinin fəxri qonağıdır

30.11.2024

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Türkiyənin paytaxtında keçirilən 21-ci Ankara Kitab Sərgi-Yarmarkasının fəxri qonağı seçilib.

Kulis.az xəbər verir ki, “ATO Congresium” mərkəzində keçirilən sərginin açılışında nəşriyyatların nümayəndələri, yazıçılar, tənqidçilər, kitabxanaların, dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Sərgidə ən zəngin stend ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin səyləri ilə yaradılan Azərbaycan Milli Stendi olub.

Sərginin təşkilat komitəsi Azərbaycandakı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovu Kitab sərgisinin “beynəlxalq fəxri qonağı” elan edib.

COP-29 bizə niyə lazımdır? “Solo gənclik” layihəsinə başlanılır Albano Karrizi Rusiya vətəndaşlığından imtina etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью