Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

29.09.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib.

525.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 10 % azdır.

Hesabat dövründə Azərbaycan Cənubi Afrikadan 5,6 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 1,3 % çox) 3 min 977 ton (-7 %), Türkiyədən 5,5 milyon ABŞ dolları dəyərində (-19 %) 7 min 285 ton (-19,4 %), Argentinadan 1,2 milyon ABŞ dolları dəyərində (+3,7 dəfə) 878 ton (+4 dəfə), İrandan 559 min ABŞ dolları dəyərində (+98 %) 746 ton (+97 %), Braziliyadan 123 min ABŞ dolları dəyərində (+5 %) 60 ton (+5,3 %) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 20 min 939 ton limon və laymın 68 %-i Türkiyənin payına düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью