Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“21-ci əsrdə əsrdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan nizamsızlıq mərhələsi arxada qaldıqdan sonra yeni qlobal institutların formalaşması qaçılmazdır. Bu kontekstdə yaradılan və artıq 59 dövlətin üzvlüyünü qəbul etdiyi yeni beynəlxalq təşkilatda Azərbaycanın təsisçi dövlətlərdən biri olması olduqca mühüm və tarixi hadisədir”.
Gununsesi.info bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib:
“Bu fakt ölkəmizin artan beynəlxalq nüfuzunun və qlobal proseslərdə fəal iştirakının bariz göstəricisidir.
İkinci mühüm tarixi hadisə isə Davos İqtisadi Forumunda ABŞ Prezidenti ilə Azərbaycan Prezidenti arasında baş tutan ikitərəfli görüşdür. Bu görüşdən dərhal sonra ABŞ vitse-prezidenti Vensin Azərbaycana səfəri ilə bağlı məlumatların yayılması Vaşinqtonun Cənubi Qafqazda sabitliyin təminində Bakının rolunu aydın şəkildə dərk etdiyini göstərir”.
Deputat qeyd edib ki, bu gün Azərbaycan artıq yalnız regional aktor deyil.
“Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri və sülh təşəbbüsləri baxımından ölkəmiz qlobal miqyasda etibarlı və əhəmiyyətli tərəfdaşa çevrilib”.
Günay