Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Artıq kinosevərlərin ixtiyarına verilən “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı 07 fevral 2025-ci il tarixdə, saat 18.00-da Laçın şəhərində “Lacinema” Kino Mərkəzində baş tutub.
Film təqdimatından öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidentinin Laçında xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək filmin təqdimatının Laçında keçirilməsinə görə yaradıcı heyətinə öz təşəkkürünü bildirib.Daha sonra “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin prodüseri və ssenari müəllifi Sərvər Bayramov çıxış edib.“Filmin Laçında təqdim edilməsində məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqları, dədə-baba yurduna dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə vermək, zəngin tarixi irsimizi, xalqımızın qəhrəmanlıq səlnaməsini gündəmə gətirməklə əlavə qürur mənbəyi formalaşdırmaqdır.
Hesab edirəm ki, film Laçında və ətraf ərazilərdə bərpa olunan həyatın ahənginə rəng qatacaq.
Bu filmdə Zəngəzur mövzusu və Vətən Müharibəsi, şanlı Zəfərlə bağlı şüuralltı mesajların yer alması, günümüzlə müəyyən tarixi paralellərin aparılması ideoloji mahiyyəti etibarilə xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda mövzu məkan anlamında Şərqi Zəngəzur – Laçın üçün səciyyəvidir və azad ərazilərdə nümayişi rəmzi məna daşıyır “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimiz, mədəniyyətimizin intibah dövrü sayılan 12-13-cü əsrləri əks etdirir.
” -deyə Sərvər Bayramov bildirib.Daha sonra çıxış edən xalq artisti Mehriban Zəki bu filmin Laçında təqdimatını böyük ugurun başlanğıcı adlandırıb.“Biz arzularımıza çatmışıq.