Icma.az bildirir, Newscenter.az portalına istinadən. Hər bir fərdin avtobioqrafiyası olduğu kimi hər bir millətin də avtobioqrfiyası var.
Bu həmin millətin tarixidir. Tarixi təfəkkür milli yaddaşın əsas komponenti olmaqla onun milli kimliyini təyin edir.
Öz kimliyini unudan şəxs alzheimer xəstəsi hesab edildiyi kimi öz tarixini unudan millət də manqurtlaşmış toplum hesab olunur.
On görə də Azərbaycan Prezidenti İlham Əliyev həmişə öz çıxışlarında tarixi torpaqlarımız məsələsinə toxunaraq qeyd edir ki, bizi Qarabağa qaytaran həm də tarixi yaddaşımız oldu.
Hazırda ölkəmizin yaratdığı yeni reallıqlar kontekstində milli–etnik yaddaşımızın yenidən bütövləşməsi, yeni milli çağırış və vəzifələrimiz baxımından olduqca aktualdır.
Çünki gələcək milli bütövlüyümüzə gedən yol ilk növbədə elə milli yaddaşmızda tarixi – mədəni coğrafiyamızın bütövlüyündən keçir.
Mədəni coğrafiyamızın tarixi hüdudlarının müasir kütləvi şüurumuzda düzgün inikası isə bu tarixi öyrənməklə mümkündür.
Postmodernist iformasiya cəmiyyətlərində tarix oxumaqdan daha çox izləməklə, baxmaqla öyrənilir.