Azərbaycan Atabəyləri” filmi təqdim olundu | Icma.az
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
3 dekabr Heydər Əliyev Mərkəzində “Azərbaycan Atabəyləri” adlı tarixi bədii-sənədli filminin qalası keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC, “Şahdağfilm”, qardaş Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn bu filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alıb.
Orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edən film izləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı.
Ekran əsərinin nümayişindən sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
Səhnədə çıxış edən şəxslər əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, filmin quruluşçu rejissoru özünün uğurlu işləri ilə tanınan Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır.
Tam oxu
Xəbəri oxu