Azərbaycan Atabəyləri filminin TƏQDİMATI KEÇİRİLİR

03.12.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Heydər Əliyev Mərkəzində "Azərbaycan Atabəyləri" filminin Qala premyerası baş tutub.

Oxu.Az xəbər verir ki, premyerada filmin yaradıcı heyəti ilə yanaşı tanınmış sənət adamları, ictimai xadimlər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, "Azərbaycan Atabəyləri" filmi kino üslubunda çəkilən ikiseriyalı bədii-sənədli televiziya filmidir. Filmin bədii-sənədli janrda çəkilməsinə səbəb Qara Sunqur və Şəmsəddin Eldəniz kimi tarixi şəxslərin Azərbaycan dövlətçiliyindəki rollarını daha aydın izah etməkdir.

Filmdə baş rollarda Zabit Səmədov, İlqar Mehti və Mehriban Zəki yer alıblar. Filmin baş prodüseri və ssenari müəllifi İlqar Mehti, quruluşçu rejissoru Mecit Güvendir. Filmdə Atabəylər dövlətinin tarixindən və Azərbaycan dövlətinin necə qurulduğundan söhbət açılır.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью