Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Heydər Əliyev Sarayında "Azərbaycan Atabəyləri" bədii-sənədli filminin təqdimatı olub.
"Unikal" xəbər verir ki, təqdimatda filmin yaradıcı heyəti və tanınmış ictimai xadimlər iştirak ediblər.
Qeyd edək ki, filmin baş rollarını Zabit Səmədov, İlqar Mehdi və Mehriban Zəki canlandırıb. Quruluşçu rejissoru Məcid Güvəndir.
2 seriyalı film Atabəylərin tarixindən, müdrik idarəçiliyindən, cəsarətli mübarizələrindən və Azərbaycan dövlətinin necə qurulduğundan bəhs edir. Qara Sunqur və Şəmsəddin Eldəniz kimi tarixi şəxslərin Azərbaycan dövlətçiliyindəki rollarını daha dərindən anlamaq üçün bu film bədii-sənədli janrda çəkilib.