Azərbaycan Atabəyləri tarixi bədiisənədli filminin qalasından FOTOLAR | Icma.az
Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), Azərbaycan Televiziyası, “Şahdağfilm” və Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə iştirakı ilə "Azərbaycan Atabəyləri" adlı tarixi bədii-sənədli film çəkilib.
Manset.az xəbər verir ki, dekabrın 3-də Heydər Əliyev Mərkəzində filmin qalası keçirilib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə mərkəzin foyesində tədbir iştirakçıları üçün bədii hissə təqdim olunub. Film haqqında qonaqlara məlumat verilib.
Bildirilib ki, film Orta əsrlərdə yaşamış Türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyat yolundan bəhs edir.
Ekran əsəri izləyiciləri XII əsr mühitinə apararaq Azərbaycanın şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir.
Daha sonra film nümayiş olunub. Ekran əsərinin nümayişindən sonra filmin yaradıcı heyəti alqışlarla səhnəyə dəvət olunub.
Tam oxu
Xəbəri oxu