Azərbaycan atıcısı gümüş qazandı

25.11.2024

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan atıcısı Vladislav Kalmıkov Serbiyanın Smederevo şəhərində keçirilən gənclər arasında “Walther Youth Cup” turnirində uğura imza atıb.

Fanat.Az Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada gümüş medal qazanıb.

V.Kalmıkov finalda 235.0 xal toplayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью