futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeniyetmə atlet Kamran Xappayev Priştina şəhərində keçirilən U15 və yeniyetmələrin Avropa birinciliyində bürünc medal qazanıb.
Futbolpress.az xəbər verir ki, birdən qaldırma hərəkətində 123 kq çəkini ram edən Kamran fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
70 kq çəki dərəcəsində yarışan atletimiz, təkanla qaldırma növündə göstərdiyi 145 kq nəticə ilə 7-ci olub.
İki hərəkətin cəmində 268 kq nəticəyə imza atan Kamran Xappayev bu dəfə 5-ci yerlə kifayətlənib.