Azərbaycan Autizm Assosiasiyası ilin yekunlarına həsr olunmuş tədbir keçirib

31.01.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Azərbaycan Autizm Assosiasiyası 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirib. 

Sportal.az xəbər verir ki, tədbirdə Assosiasiyanın sədri Elnur Məmmədli il ərzində görülən işlər barədə iştirakçılara məlumat verib.

Tədbirdə Assosiasiyaya üzv olan qurumlar, iş adamları və xüsusi qonaqlar iştirak edib. Milli Məclisin deputatı və Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti Vüqar İskəndərov çıxış edərək Assosiasiyanın fəaliyyətinə uğurlar arzu edib.

Tədbirin sonunda Assosiasiyaya üzv olan qurumlar və təlimçilər mükafatlandırılıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью