Azərbaycan avarçəkəni Avropa çempionatında bürünc medal qazanıb

07.07.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan təmsilçisi Tatyana Smilovenko Rumıniyanın Piteşti şəhərində keçirilən gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) AZƏRTAC-a verilən məlumata görə, idmançı kanoe qayığında mübarizə aparıb.

O, təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib. Finalda finiş xəttini üçüncü keçən T. Smilovenko fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью