Icma.az, Baku.ws saytına istinadən bildirir.
Azərbaycan avarçəkəni Boqdan Kurudz Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası məlumat yayıb.
O, masters kateqoriyasında (35–39 yaş) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan idmançı bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, Boqdan Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.