Azərbaycan avarçəkənlərinin Vareze sınağı

26.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan avarçəkənləri İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatında mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, Qitənin ən güclülərinin müəyyənləşəcəyi yarışda Azərbaycanı iki idmançı təmsil edəcək. Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə ikinəfərlik akademik avarçəkmə qayığında mükafatçılar sırasına düşməyə çalışacaqlar.

Qeyd edək ki, iyulun 31-dən avqustun 2-nə qədər təşkil olunacaq turnirdə komandaya federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev rəhbərlik edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью