Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Monteneqronun Petrovaç şəhərində keçirilmiş Avropa çempionatı Azərbaycan şahmatı üçün Rauf Məmmədovun ilk “20-lik”də yer alaraq Dünya Kubokuna vəsiqə qazanması və 10 şahmatçımızın Top-100-də yer alması ilə əlamətdar olub.
İdman.biz qitə çempionatını və Azərbaycan şahmatçılarının iştirakının statistik göstəricilərini nəzərdən keçirib.
Avropa çempionatında 42 ölkədən 388 şahmatçı iştirak edib. Onlardan 119-u qrossmeyster, 3-ü qadın qrossmeyster olub.
Bu sırada yarışa 22 şahmatçı ilə qatılan Azərbaycanın 9 təmsilçisi qrossmeyster, 1-i qadın qrossmeyster olub.
Azərbaycan iştirakçı sayına görə turnirin 4-cü komandası olub. Yarışda daha çox şahmatçı Türkiyə (41), Serbiya (24) və Polşa qatılıb.
Turnirin ən reytinqli iştirakçısı FİDE reytinqində 27-ci olan sloveniyalı Vladimir Fedoseyevdir.
Lakin bu şahmatçı turniri 14-cü pillədə başa vurub. Qalib adını isə ilk turdan liderliyi ələ keçirib sonadək qoruyan, iştirakçılar arasında