Icma.az, Unikal.az portalına istinadən məlumat yayır. "Bakı Enerji Həftəsi dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərinin, dövlət rəsmi
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu məlumatların bölüşdürülməsi, potensialın təqdim olunması və çağrışların müzakirəsi üçün ciddi bir imkandır.
"Enerji həftəsi çərçivəsində keçirilən tədbirlər, sessiyalar qlobal eneji məsələlərinin müzakirəsinə imkanlar yaradır.
Enerji sahəsində dövlət-özəl əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirəsi bu sahədə real və səmərəli addımların atılmasına gətirib çıxaracaq ki, bu, innovasiya və texnologiyaların təyinatı baxımından da vacibdir.
Yaxın illərdə Azərbaycan Avropa İttifaqına yaşıl enerji ixracı həyata keçirəcək.
Bu enerji keçidi çərçivəsində ölkəmizdə həyata keçirilən fəaliyyətlərin nəticəsi kimi qiymətləndirilməlidir.
Azərbaycan böyük günəş və külək enerjisi potensialı regionun enerji təhlükəsizliyinin formalaşmasına yaxından dəstək olacaq.