Azərbaycan Avropa Kubokunda 14 cüdoçu ilə təmsil olunacaq

12.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

15-16 iyunda Sloveniyanın Podçetrtek şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək.

Futbolpress.az xəbər verir ki, turnirdə 31 ölkədən 356 idmançı iştirak edəcək. Azərbaycan yarışda kişilər arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tediç rəhbərlik edəcək.

-60 kq.
Rövşən Əliyev
Kənan Hüseynov
Kənan İsmayılov

-66 kq.
Nazir Talıbov
Rəşad Yelkiyev

-73 kq.
İbrahim Əliyev
Nəriman Mirzəyev
Rüfət Şövlətov
Kamran Süleymanov

-81 kq.
Məhərrəm İmamverdiyev

-90 kq.
İbrahim Ağakişiyev

-100 kq.
Ruslan Nəsirli

+100 kq.
Camal Feyziyev
İmran Yusifov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью