Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib

13.10.2025

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan hökuməti uzun zamandan sonra Avropa Şurasına üzvlük haqqını ödəyib.

Bu barədə Gununsesi.info-ya diplomatik mənbələrdən verilən məlumatda deyilir.

Qeyd edək ki, AŞ PA-nın Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin mandatını təsdiqləməməsindən sonra iki qurum arasında gərginlik davam edir.

AŞ PA ölkədə insan haqlarının durumunu əsas gətirərək, iki ildir ki, Azərbaycan deputat qrupunun mandatını təsdiqləmir.

Azərbaycan isə öz növbəsində qurumu ölkəmizə qarşı qərəzli olmaqda ittiham edir.

Ancaq Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin təmsilçilərinin ötən ay ölkəyə buraxılması rəsmi Bakının dialoqda maraqlı olduğunu ortaya çıxardı.

Görünür, Azərbaycan hökuməti 2026-cı ildə AŞ PA-da təmsil olunmaqda maraqlı olduğu üçün üzvlük haqqını da ödəyib.

Afət Abbasova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью