Azərbaycan Avropa üçün mühüm tərəfdaşdır Yohann Vadeful

18.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Azərbaycan Avropa üçün mühüm tərəfdaşdır və Orta Dəhlizin inkişafı, eləcə də enerji və rəqəmsal bağlantıların genişləndirilməsi istiqamətində böyük imkanlara malikdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, Orta Dəhliz çərçivəsində dəmir yolu, dəniz və avtomobil nəqliyyatı bağlantılarının inkişafı xüsusi əhəmiyyət daşıyır.

Nazirin sözlərinə görə, elektrik enerjisi və rəqəmsal bağlantıların inkişafı istiqamətində də həm Azərbaycan, həm də Mərkəzi Avropa üçün geniş imkanlar mövcuddur.

Y.Vadeful Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə görüşündən gəldiyini xatırladaraq onun da bu əməkdaşlığın inkişafını dəstəklədiyini bildirib.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью