Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Avrokubokların II təsnifat mərhələsi başa çatıb. Azərbaycan bu iki raundda bonuslar nəzərə alınmamaqla ən çox reytinq xalı toplayan iki ölkədən biridir.
9 qələbə qazanan komandalarımız 3 heç-heçə edib və 2 dəfə uduzub. Bu, ölkənin UEFA reytinqinə 2,625 xal gətirib. Cari mövsümün baş tutan mərhələlərində yalnız Latviya eyni göstəriciyə malikdir.
Bonusları da nəzərə alsaq, ümumilikdə yalnız 5 ölkənin hesabında daha çox xal var. Bir sözlə, Azərbaycanla Latviya ümumilikdə mövsümdə 6-7-ci yerləri bölüşür. Daha çox xala malik olanlardan dördü – İspaniya (3,750), Almaniya (3,428), İtaliya (3,428) və İngiltərə (3,333) birbaşa liqa mərhələsində oynayan klublarına görə yüksək əmsal əldə edib. İki komandası mübarizəyə başlayan Portuqaliya isə 3,000 xalın 0,600-nü təsnifat mərhələlərində, 2,400-nü isə bonuslarla qazanıb.
2026/27 mövsümündə bonuslar nəzərə alınmadan ən çox xal qazanan ölkələr:
2026/27 mövsümündə bonuslar nəzərə alınmadan ən çox xal qazanan ölkələr:
yer ölkə Q H M X
1-2 Azərbaycan 9 3 2 2,625
Latviya 10 1 3 2,625
3 Estoniya 8 4 4 2,500
4 Finlandiya 7 3 4 2,125
5 Lixtenşteyn 2 0 0 2,000
Azərbaycan klublarının nəticələri və ölkə reytinqində payı:
yer Komanda Q H M X
1 Sabah 4 0 0 1,000
2 Qarabağ 2 2 0 0,750
3 Zirə 2 1 1 0,625
4 Neftçi 1 0 1 0,250
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir, “Qarabağ” UEFA Avropa Liqasından UEFA Konfrans Liqasına düşüb, “Zirə” və “Neftçi” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.