Azərbaycan Avropaya qaz ixracını 8 faizədək artırıb | Icma.az
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cari ilin yanvar-noyabr aylarında 45,8 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çoxdur.
Energetika Nazirliyindən bildirilib ki, qazın 12,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 25,3 milyard kubmetri “Şahdəniz”, 1,4 milyard kubmetri “Abşeron” yatağı, 7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən 1,8 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur.
Avropaya 11,7 milyard kubmetr (7,8 faiz artım), Türkiyəyə 9 milyard kubmetr (3,4 faiz artım), Gürcüstana isə 2,2 milyard kubmetr (12 faiz az) qaz satılıb.
Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il dekabrın 1-dək 648,4 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 462,8 milyard kubmetr qaz hasil edilib.
Tam oxu
Xəbəri oxu