Azərbaycan Avroviziyada nə vaxt çıxış edəcək? SİYAHI

28.03.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan “Avroviziya 2025”in birinci yarımfinalında 10 nömrə ilə çıxış edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb.

Eyni yarımfinalda Azərbaycanla yanaşı daha 15 ölkə - İslandiya, Polşa, Ukrayna, Albaniya, Norveç və digərləri çıxış edəcək.

Xatırladaq ki, “Avroviziya 2025” mayın 13-də (birinci yarımfinal), 15-də (ikinci yarımfinal) və 17-də (final) İsveçrənin Bazel şəhərində keçiriləcək.

Azərbaycan müsabiqədə "Run with U" mahnısı ilə təmsil olunacaq. Mahnının müəllifləri Həsən Heydər, Roman Zilianev və Asəf Mişiyevdir, ifaçı isə Mamagama qrupudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью