Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-ci ildə Azərbaycan 2 milyard 386 milyon 505 min ABŞ dolları dəyərində 123 min 319 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 29,4 % çox və 34,3 % çoxdur.
İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,2 dəfə artaraq 877 ədəd (102,186 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 38,1 % artaraq 113,840 ədəd (2 milyard 142,023 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 16 884-ü (360 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 56 794-ü (1 067,959 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 2 028-i (62,486 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 6,8 % artması, ikincinin 5,5 dəfə artması, üçüncünün isə 33 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 3,2 % azalaraq 8 163 ədəd (99,108 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 22,8 % azalaraq 439 ədəd (43,188 milyon ABŞ dolları dəyərində) olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.