Azərbaycan az neft satıb 373 milyon dollar çox qazanıb

17.08.2026

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

2026-cı ilin ilk 7 ayında Azərbaycandan 12 milyon 722 min 591 ton xam neft və xam neft məhsulları ixrac olunub. İxracın statistik dəyəri 8 milyard 32 milyon 904 min dollar təşkil edib.

Marja.az Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hesablayıb ki, illik müqayisədə ixrac həcmi 1 milyon 747 min 981 ton və ya 12,1 faiz azalsa da, ixrac gəliri 372 milyon 673 min dollar və ya 4,9 faiz artıb.

Bir ton xam neftə düşən orta statistik dəyər 529 dollardan 631 dollara yüksəlib. Beləliklə, orta dəyərdəki 19,3 faizlik artım fiziki həcmdəki azalmanı kompensasiya edib.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью