Azərbaycan badminton millisinin baş məşqçisi: Bizim yer aldığımız qrup daha çətindir | Icm…
Icma.az, Report.az portalına istinadən məlumat yayır. Bizim yer aldığımız qrup daha çətindir.
Bunu "Report"a açıqlamasında Azərbaycan badminton millisinin baş məşqçisi Morteza Validarvi deyib.
Mütəxəssis 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək Avropa çempionatındakı rəqiblər barədə danışıb.
O, Azərbaycan yığmasının ev sahibi olduğundan qarışıq komandaların qitə birinciliyinin final mərhələsinə birbaşa vəsiqə qazandığını xatırladıb: "Avropanın ən güclülərindən olan digər 7 komanda isə dekabrda təsnifat mərhələsini uğurla başa vuraraq həlledici məhələyə yüksəlib.
Püşkatmaya gəlincə, müqayisə etsək, bizim yer aldığımız birinci qrup daha çətindir.
Son çempion Danimarka və İngiltərə yığmaları ilə bir qrupda yer almağımız belə düşünməyə əsas verir. İspaniya yığması da güclü rəqibdir.
Artıq oyunların təqvimi də məlumdur. Fevralın 12-də ilk matçımız heyətində olimpiya çempionları yer alan Danimarka millisinə qarşı olacaq.
İkinci görüşümüz İngiltərəyə, sonuncu isə İspaniyaya qarşı olacaq.
Tam oxu
Xəbəri oxu