Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazandı

25.11.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Badmintonçularımız Botsvanada keçirilən "Future" seriyalı "Botswana International 2024" turnirində 3 qızıl və 3 bürünc medal qazanıblar. Sport24.az xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında Diki Pangestu, kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Aqil Qəbilov-Era Maftuha tandemi Afrika və Avropa ölkələrinin badmintonçularının iştirak etdiyi beynəlxalq turnirdə qızıl medal qazanıb.

Qarışıq qoşa kateqoriyasında daha bir medalı Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü qazanıb. Yarımfinala kimi irəliləyən badmintonçularımız bürünc medalı təmin edib. Daha 2 bürünc medal qadın badmintonçuların şəxsi yarışında qazanılıb. Həcər Nuriyeva və Era Maftuha müvafiq kateqoriya üzrə bürünc medala layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью