Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar

25.11.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan badmintonçuları Botsvanada keçirilən “Future” seriyalı “Botswana International 2024” turnirində 3 qızıl və 3 bürünc medal qazanıblar.

Bu barədə "Report"a federasiyadan məlumat verilib.

Kişi badmintonçuların şəxsi yarışında Diki Pangestu, qoşa yarışında isə Aqil Qəbilov - Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Aqil Qəbilov - Era Maftuha tandemi Afrika və Avropa ölkələrinin badmintonçularının iştirak etdiyi beynəlxalq turnirdə qızıl medal qazanıb.

Qarışıq qoşa kateqoriyasında daha bir medalı Cahid Əlhəsənov - Həcər Nuriyeva cütlüyü qazanıb. Yarımfinala kimi irəliləyən badmintonçularımız bürünc medalı təmin ediblər.

Daha 2 bürünc medal qadın badmintonçuların şəxsi yarışında qazanılıb. Həcər Nuriyeva və Era Maftuha müvafiq kateqoriya üzrə bürünc medala yiyələniblər.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью