Azərbaycan badmintonçuları Botsvanadan 6 medalla qayıdıblar AZƏRTAC

25.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan badmintonçuları Botsvanada keçirilən “Future” seriyalı “Botswana International 2024” turnirində 6 medal qazanıblar.

Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kişilərin şəxsi yarışında Diki Pangestu, qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Aqil Qəbilov-Era Maftuha tandemi Afrika və Avropa ölkələrinin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qarışıq qoşa kateqoriyasında daha bir medalı Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü qazanıb. Yarımfinala kimi irəliləyən badmintonçular üçüncü yeri tutublar. Həcər Nuriyeva və Era Maftuha isə qadınların şəxsi yarışında bürünc mükafata layiq görülüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью