Azərbaycan badmintonçuları Zambiyadan 7 medalla qayıdırlar AZƏRTAC | Icma.az
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 18 noyabr, AZƏRTAC Azərbaycan badmintonçuları Zambiyanın Lusaka şəhərində keçirilən "Zambia International" turnirində uğurla çıxış ediblər.Azərbaycan Badminton Federasiyasından (ABF) AZƏRTAC-a verilən məlumata görə, qadın badmintonçuların şəxsi yarışında Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Panqestu və qarışıq qoşa kateqoriyasında Aqil Qəbilov-Era Maftuha tandemi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Kişilərin qoşa yarışında Diki Panqestu, qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva gümüş medala layiq görülüblər.Daha 2 bürünc medala qadınların şəxsi yarışında Həcər Nuriyeva, qoşa yarışında isə Həcər Nuriyeva ilə Era Maftuha sahib çıxıblar.Bununla da Azərbaycan badmintonçuları yarışı 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu