Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda istehsal olunan arıçılıq məhsullarının, o cümlədən balın xarici ölkələrə, xüsusilə Avropa İttifaqı ölkələrinə ixracı üçün müvafiq icazələr alınacaq
Qaynarinfo xəbər verir ki, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasında istehsal olunan arıçılıq məhsullarının, o cümlədən balın xarici ölkələrə, xüsusilə Avropa İttifaqı ölkələrinə ixrac edilə bilməsi üçün müvafiq icazənin alınması istiqamətində işlər aparılacaq.
Tədbirlərin icrasına Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi (KTN), İqtisadiyyat Nazirliyi (İN) və Xarici İşlər Nazirliyi (XİN) cəlb olunacaq.
Günay İlqarqızı