Azərbaycan balının Avropa İttifaqına ixracına icazə alınması planlaşdırılır

10.09.2026

Icma.az bildirir, Marja.az portalına istinadən.

Azərbaycan istehsalı arıçılıq məhsullarının, o cümlədən balın Avropa İttifaqı ölkələrinə ixracı üçün müvafiq icazənin alınması nəzərdə tutulur.

Marja.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dövlət Proqramına əsasən, beynəlxalq təcrübə əsasında arıçılıq məhsullarına dair sanitariya norma və qaydaları hazırlanacaq.

Arıçılıqla məşğul olan sahibkarların baytarlıq preparatlarından düzgün istifadə etməsi monitorinq ediləcək və maarifləndirmə aparılacaq.

Yekun hədəf Azərbaycan balının və digər arıçılıq məhsullarının, xüsusilə Avropa İttifaqına ixracına icazə əldə etməkdir.

Tədbir 2027–2029-cu illər üçün nəzərdə tutulub.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью