Azərbaycan bankı BOKT yə çevrildiyini elan etdi

13.06.2026

Icma.az, Marja.az saytına istinadən bildirir.

Bank “BTB” ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “T-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrildiyini elan edib.

Marja.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 05 mart 2026-cı il tarixli qərarı ilə qanunvericiliyə uyğun olaraq Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

Bu razılıq əsasında Bank “BTB” ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək.

Bankın depozit və kredit portfeli ABB-yə ötürülür.

Bank “BTB” ASC-nin nizamnamə kapitalı 71 milyon 450 min manatdır. Bankın qanuni təmsilçisi Eldəniz Hüseynov Ramiz oğludur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью