Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Araşdırma: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları "Black Friday" endirim günü münasibəti ilə öz kampaniyalarını açıqlamağa başlayıblar. Kampaniya elan etmiş banklar bunlardır:
Yelo Bank
Noyabrın son həftəsinə özəl olaraq Yelo Invest-də nəinki endirim, tamamilə komissiyasız alış həftəsinə başlanıb. 23–27 noyabr tarixlərində keçirilən “Parlaq İnvestisiya Həftəsi” çərçivəsində səhm və ETF alışları 0% komissiya ilə icra olunacaq.
Ətraflı məlumat: https://ylb.az/ylinvst
Premium Bank
Bank Möhtəşəm Cümə fürsəti olaraq Visa AllMiles kartlarına 50% endirim edib.
23–27 noyabr tarixlərində Visa AllMiles kartlarını xüsusi qiymətlərlə əldə edərək mil qazana və premium səyahət üstünlüklərindən yararlana biləcəksiniz. Premium xidmətlər kartın növünə görə dəyişir.
Kampaniya: 23–27 noyabr müddətini əhatə edir.
Bank VTB Azərbaycan
Bankın Black Friday-ə özəl kredit təklifi ilə istəklərinizi reallaşdıra biləcəksiniz.
0% komissiya illik faiz 9.9%-dən başlayaraq əmək haqqının 26 mislinədək maksimal məbləğ 100 000 AZNKampaniya müddəti məhduddur.
ABB
Bankın yeni TamKart Max kredit kartı ilə “Black Friday”dən maksimum faydalana biləcəksiniz. Alış-verişlərinizi TAM 12 funksiyası ilə 12 ay ərzində faizsiz ödəyə bilərsiniz.
30 000 AZN-dək limit ilə TamKart Max kredit kartını onlayn sifariş edərək tam rəqəmsal istifadə edə bilərsiniz. Təklif müqavilə tarixindən 30 gün ərzində istifadə oluna bilər. Kredit limitinin 20%-i və maksimum 2000 AZN məbləğə şamil olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!