Azərbaycan banklarının xalis xarici və daxili aktivləri artıb

01.02.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 610,1 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,1 % az, ötən ilin əvvəlinə nisbətən 5,5 % çoxdur.

Hesabat dövründə bankların xalis daxili aktivləri isə 19 milyard 884,7 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 13,6 %, 2024-cü ilin əvvəlinə nisbətən 0,1 % çoxdur.

Azərbaycanda 22 bank fəaliyyət göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью