Azərbaycan Basketbol Federasiyasının rəsmisi: “Böyük ehtimalla Çempionlar Kubokuna qatılac…
Icma.az, Report.az portalına istinadən məlumat verir. Böyük ehtimalla Çempionlar Kubokuna qatılacağıq.
Bunu “Report”a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov FIBA-nın yeni təsis etdiyi 3x3 basketbol üzrə Çempionlar Kubokuna qatılmaq perspektivi ilə bağlı danışarkən deyib.
Qurum rəsmisi böyük ehtimalla bu yarışda iştirak edəcəklərini söyləyib: “Çempionlar Kuboku barədə daha dolğun məlumat yanvarın əvvəllərində olacaq.
2025-ci ilin mayında isə Bakıda Dünya Kubokunun seçmə mərhələsi keçiriləcək. Çox önəmli turnirdir.
Ciddi yanaşırıq deyə, bütün diqqətimizi bura yönəltmişik. Artıq üçüncü ildir ki, bu yarışda iştirak edirik.
Böyük ehtimalla Çempionlar Kubokuna qatılacağıq. Ancaq bu, sonranın işidir.
Həmçinin fevralda kişilərdən ibarət millimizin Kosovo və İrlandiyaya qarşı matçları var. Qadınlardan ibarət yığmanın da oyunları var.
Söhbət basketbol komandalarımızdan gedir. Hazırda iştirak edəcəyimiz yarışlar bunlardır”.
Tam oxu
Xəbəri oxu