Azərbaycan Basketbol Liqası: Gəncə mövsümdə ilk dəfə məğlub olub

07.12.2024

Cbcsport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Gəncə" Azərbaycan Basketbol Liqasının cari mövsümündə ilk dəfə məğlub olub.

Halil Atlının baş məşqçisi olduğu kollektiv V turda "Sumqayıt"la üz-üzə gəlib.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 85:79.

Gəncə klubu hazırda B qrupunda 9 xalla liderdir. Xallarının sayını 6-ya çatdıran "Sumqayıt" sonuncu-altıncı sıradadır.

Qeyd edək ki, turun əvvəlki dörd matçında "Quba" "Ordu"ya (101:75), "Sərhədçi" NTD-yə (84:79), "Abşeron" "Neftçi"yə (72:56), "Sabah" "Naxçıvan"a qalib gəlib. "Şəki" - "Lənkəran" oyunu isə dekabrın 8-də baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью